Homepage

MƏXFİLİK BƏYANNAMƏSİ

Giriş

“Alpro (Alpro (UK) Ltd”, şirkət nömrəsi 3708934, “Altendiez Way”, “Latimer Business Park”, “Burton Latimer, Northamptonshire”, NN15 5YT) Fərdi Məlumatlarınızın necə istifadə olunacağına əhəmiyyət verdiyinizi bilir və biz məxfiliyinizi qorumağın vacibliyini anlayırıq.

Bu Məxfilik Bəyannaməsi “Alpro”-nun (nəzarətçi kimi) Fərdi Məlumatlarınızı necə topladığını və idarə etdiyini şərh edir. Hansı məlumatları topladığımız, necə istifadə etdiyimiz, nəyə ehtiyac duyduğumuz və sizə necə fayda verə biləcəyimiz barədə məlumatları özündə cəmləşdirir.

Hər hansı bir sualınız və şərhiniz varsa və ya hər hansı bir məlumatlarla bağlı hüquqlarınızla bağlı sualınız yaranarsa, bizimlə əlaqə saxlayın.

“Alpro”, özünəməxsus şəkildə, bu Məxfilik Bəyannaməsini bütöv şəkildə və ya bir hissəsini istənilən vaxt dəyişdirmək, modifikasiya etmək, əlavələr etmək hüququnu özündə saxlayır. Bu Məxfilik Bəyannaməsində hər hansı bir dəyişiklik bu səhifədə yerləşdiriləcək. Məlumat təcrübələrimizdən xəbərdar olmaq üçün bu Məxfilik Bəyannaməsini vaxtaşırı nəzərdən keçirməyinizi tövsiyə edirik. Bu Məxfilik Bəyannaməsinin son dəyişdirilmə tarixini yuxarıda qeyd edəcəyik. Vebsaytlarımızı davamlı istifadə etməyiniz Məxfilik Bəyannaməsini və hər hansı bir yeniləmə ilə razılığınızı təşkil edir. Hər hansı bir dəyişikliklə razılaşmırsınızsa, vebsaytlarımızdan istifadəni dayandırmalısınız. Bu Məxfilik Bəyannaməsi ən son 5 aprel 2018-ci il tarixində yenilənmişdir.

Əsas prinsiplər və məxfilik öhdəliyimiz

“Alpro”-da məxfilik hüququnuzu qorumağa sadiqik. Əldə etdiyimiz Fərdi Məlumatları qorumağı, Fərdi Məlumatlarınızı məsuliyyətli şəkildə idarə etməyi və tətbiqlərimizdə şəffaf olmağı hədəfləyirik. Etimadınız bizim üçün vacibdir. Buna görə də, aşağıdakı əsas prinsipləri öhdəliyimizə götürmüşük:

  • Bizim tələb etdiyimiz hər hansısa bir Fərdi Məlumatınızı bizə vermək məcburiyyətində deyilsiniz. Lakin məlumatları verməməyi seçsəniz, bəzi xidmətləri və ya məhsulları sizə təqdim edə bilməyəcəyik;

  • Məlumatlarınızı yalnız bu Məxfilik Bəyannaməsində göstərilən məqsədlər üçün və ya sizinlə bölüşdüyümüz və ya razılaşdığımız xüsusi məqsədlər üçün toplayırıq və işləyirik; Mümkün qədər az Fərdi Məlumat toplamağı, emal etməyi və istifadə etməyi hədəfləyirik;

  • Fərdi Məlumatlarınızı topladıqda, mümkün qədər dəqiq və yeni formada saxlamağı hədəfləyirik.

  • Topladığımız Fərdi Məlumatlar artıq hər hansı bir məqsəd üçün lazım deyilsə və qanunla onu toplamağız tələb olunmursa, onu silmək, ləğv etmək və ya daimi olaraq audentifikasiya etmək üçün əlimizdən gələni edəcəyik.

  • Bu Məxfilik Bəyannaməmizdə göstərilənlərdən başqa digər Fərdi Məlumatlarınız paylaşılmayacaq, satılmayacaq, icarə edilməyəcək və açıqlanmayacaq

Hansı Fərdi Məlumatları toplayırıq?

Topladığımız Fərdi Məlumatlar kolleksiyanın məqsədindən və sizə təqdim etdiyimiz məhsuldan və ya xidmətdən asılı olaraq dəyişir.

Ümumiyyətlə, aşağıdakı Fərdi Məlumatları birbaşa sizdən toplaya bilərik:

  • Adınız, elektron poçt ünvanınız, fiziki ünvanınız və telefon nömrələriniz kimi fərdi əlaqə məlumatlarınız;

  • Müştəri xidmətləri xətləri və ya müştərilərə məlumat verilən xətlər vasitəsilə bizimlə söhbətlərimizin təfərrüatlarını ehtiva edə bilən əlaqə;

  • Yaş, cinsiyyət və həyat tərzi seçimləri kimi demoqrafik məlumatlar. Həyat tərzi seçimlərinə təklif etdiyimiz bəzi məhsullara üstünlük vermənizi və bu məhsullarla əlaqəli maraqlarınızı əhatə edə bilər;

  • Əlçatan səhifələr, giriş tarixi, daxil olduğu yer və IP ünvanı kimi brauzer tarixçəsi;

  • Sağlamlığınızla əlaqəli məlumatlar;

  • Bizə birbaşa məlumat verdiyiniz zaman ailə üzləriniz haqqında Fərdi Məlumatlar kimi sizdən başqa insanlar haqqında məlumatlar;

  • Sosial media profilləri;

Fərdi Məlumatlarınızı dolayı yolla aşağıdakı hallarda toplaya bilərik:

  • Məhsullarımızla əlaqəli sosial media səhifələrində, vebsaytlarda və ya tətbiqlərdə yaxud da sosial mediada reklam məhsullarımıza cavab olaraq məzmun paylaşsanız;

  • Digər vebsaytlar tərəfindən toplanan məlumatları nəzərdən keçirərək sizin haqqınızdakı fərdi məlumatları oxuyur və ya toplayırıq (məsələn, üçüncü bir vebsaytda reklam yerləşdirə bilərik və bu reklamı kliklədiyiniz zaman sizin və digər vebsayt ziyarətçiləri haqqında həmin reklamın əlçatanlığı və müvəffəqiyyətini ölçmək üçün məlumat ala bilərik).

Fərdi məlumatlarınızı niyə toplayırıq və istifadə edirik?

Sizə ən yaxşı onlayn təcrübə təqdim edə bilmək və yüksək keyfiyyətli müştəri xidməti göstərmək üçün Fərdi Məlumatlarınızı toplayırıq. Fərdi Məlumatlarınızı aşağıdakı məqsədlər üçün toplaya, saxlaya, istifadə edə və açıqlaya bilərik:

  • Sorğularınızı emal etmək və cavablandırmaq və ya suallarınıza və/və ya müraciətlərinizə cavab vermək məqsədilə sizinlə əlaqə saxlamaq;

  • Məhsullarımızı, xidmətlərimizi, rabitə metodlarımızı və vebsaytlarımızın funksionallığını inkişaf etdirmək və təkmilləşdirmək;

  • Sizi məlumatlandırmaq və bizim bülleten və digər əlaqələrimiz üçün sizin qeydiyyatınıza və ya abunəliyinizə nəzarət etmək;

  • Müsabiqə, lotereya və ya aksiyalar və ya tədbirlərdə iştirakınızla əlaqədar gündəlik biznes ehtiyaclarımızı idarə etmək;

  • Telefon, elektron vasitələrlə və ya başqa bir şəkildə bizə müraciət edən şəxslərin şəxsiyyətini və ya yaşını yoxlamaq;

  • Daxili təlim və keyfiyyət təminatı üçün vebsaytımızı, hazırkı məhsul və xidmətlərimizi təkmilləşdirmək və / və ya yeni məhsul və xidmətlər inkişaf etdirmək üçün müştərilərin maraqlarını, istəklərini və dəyişən ehtiyaclarını başa düşmək və qiymətləndirmək;

  • Sizi dəvət etmək və ya anketlərdə yaxud proqramlarda iştirak etməyə icazə vermək, ya da xüsusi tədbirlər haqqında elektron poçt və ya digər elektron rabitə vasitələri ilə (elekton poçt, sms və s. daxil olmaqla) bildirmək;

  • Fərdi məhsulları və rabitə ilə yanaşı məhsul tövsiyələrini müştəri olaraq sizə təqdim etmək;

  • Fərdi məlumatlarınızı təqdim etdiyiniz zaman açıqlanan digər məqsədləri yerinə yetirmək üçün.

Fərdi Məlumatlarınız, qanuni öhdəliklərə və ya sizinlə olan müqavilə ilə əlaqəli kontekstə uyğun olması üçün də tələb oluna bilər.

Fərdi Məlumatlarınızı yuxarıda göstərilən və ya başqa məqsədlər üçün topladığımız və istifadə etdiyimiz zaman, toplamazdan əvvəl və ya toplanarkən sizə məlumat verəcəyik.

Lazım olan yerlərdə Fərdi Məlumatların emalı üçün razılığınızı istəyəcəyik. Emal fəaliyyətlərinərazılıq verdiyiniz zaman istənilən vaxt razılığınızı geri götürmək haqqınız var.

Xahiş edirik unutmayın ki, bizə təqdim etdiyiniz Fərdi Məlumatların bəziləri və ya vebsaytlarımızdakı bəzi proqramlarda iştirak etmək üçün verdiyiniz bəzi suallar, tətbiq olunan məlumatların qorunması qanunlarına əsasən həssas məzmunlu və ya sağlamlıqla əlaqəli Fərdi Məlumatlar hesab edilə bilər.

Bu cür məlumatları yalnız qanuna uyğun olduqda, ifadəniz və yazılı razılığınız əsasında emal edəcəyik. Xahiş edirik unutmayın ki, proqram qurulmadan əvvəl bu cür məlumatları verərək və ya bu kimi sualları cavablandıraraq və bu Məxfilik Bəyannaməsini qəbul edərək, həqiqətən, bu Fərdi Məlumatların emal edilməsinə (səhiyyə mütəxəssisinin nəzarəti altında olub-olmaması) ifadəli və yazılı razılığınızı vermiş hesab olunsunuz. Bu cür razılıq proqrama qeydiyyatdan keçdiyiniz müddət ərzində etibarlıdır, lakin istənilən vaxt bu Məxfilik Bəyannaməsində göstərildiyi kimi bizimlə əlaqə saxlayaraq razılıqdan imtina etmək haqqınız var. Belə Fərdi Məlumatlar yalnız sizin bu proqramda iştirakınız məqsədi ilə emal olunacaq və ona daxil olmaq üçün yalnız proqramda iştirakınızın məqsədini bilməyə ehtiyacı olan şəxslərlə kifayətləndiriləcək.

Hüquqlarınız

Fərdi Məlumatlarınızı emal etdikdə siz bir sıra hüquqlara malik olursunuz və bu hüquqlardan istənilən vaxt istifadə edə bilərsiniz. Aşağıda bu hüquqların sizin üçün nə demək olduğu ilə bağlı ümumi məlumat verdik. Hüquqlarınızı əlaqə səhifəmiz vasitəsilə həyata keçirə bilərsiniz. Nəzərinizə çatdıraq ki, audentifikasiya məqsədləri üçün siz bizə sizin qüvvədə olan şəxsiyyət vəsiqənizin və ya hər hansı digər etibarlı audentifikasiya sənədinin surətini təqdim etməlisiniz.

Fərdi Məlumatlarınıza daxil olmaq və yeniləmək hüququ

Fərdi Məlumatlarınıza istənilən vaxt daxil olmaq, düzəliş etmək və ya yeniləmək hüququnuz var. Biz bunun vacibliyini başa düşürük və əgər siz öz hüquqlarınızı həyata keçirmək istəyirsinizsə, zəhmət olmazsa, bizimlə əlaqə saxlayın.

Verilənlərin portativliyi hüququ

Fərdi Məlumatlarınız daşınır. Bu o deməkdir ki, onu köçürmək, kopyalamaq və ya elektron yolla ötürmək olar. Lakin bu hüquq yalnız burada tətbiq olunur:

  • Əməliyyat sizin razılığınız əsasında həyata keçirilir;

  • Əməliyyat müqavilənin icrası üçün həyata keçirilir;

  • Əməliyyat avtomatlaşdırılmış üsullarla həyata keçirilir;

Əgər siz məlumat portativliyi hüququnuzu həyata keçirmək istəyirsinizsə, zəhmət olmazsa, bizimlə əlaqə saxlayın.

Fərdi Məlumatlarınızı silmək hüququ

  • Məlumatlarınızı silməyimizi tələb edə bilərsiniz, əgər:

  • Fərdi Məlumatlarınız artıq bizim topladığımız məqsədlər üçün zəruri deyilsə; və ya

  • əvvəllər sizin Fərdi Məlumatların emalı üçün bizə verilmiş razılığı geri alırsa, və bu fərdi məlumatların emal üçün heç bir digər qanuni əsaslar yoxdursa; və ya

  • Fərdi Məlumatlarınızı birbaşa marketinq məqsədləri üçün emal etməyimizə etiraz edirsinizsə; və ya

  • Fərdi Məlumatlarınızı “Alpro”-nun qanuni maraqlarına uyğun şəkildə emal etməyimizə etiraz edirsinizsə (məsələn, vebsaytlarda ümumi istifadəçi təcrübəsini artırmaq üçün);

  • Fərdi Məlumatlar qeyri-qanuni idarə olunursa;

  • Fərdi Məlumatınız qanuna uyğun olaraq silinməsinə ehtiyac varsa.

Sizinlə bağlı topladığımız Fərdi Məlumatları silmək istəyirsinizsə, zəhmət olmazsa, bizə bildirin və biz qanunvericiliyin tələblərinə uyğun olaraq sorğunuza cavab vermək üçün ağlabatan addımlar atacağıq.

Topladığımız Fərdi Məlumatlar artıq hər hansı bir məqsəd üçün lazım deyilsə və qanunla onu saxlamağımız tələb olunmazsa, silmək, aradan qaldırmaq və ya daimi olaraq şəxsiyyətini itirmək üçün əlimizdən gələni edəcəyik. Birbaşa marketinq məqsədləri ilə, tətbiq olunan qanunlara görə daha qısa və ya daha uzun saxlama müddəti tətbiq olunmadığı təqdirdə, sizinlə son əlaqə qurduqdan 3 il sonra Fərdi Məlumatlarınızı siləcəyik, aradan qaldıracağıq və ya daimi olaraq audentifikasiya edəcəyik.

Emalın məhdudlaşdırılması hüququ

Fərdi Məlumatların işlənməsini məhdudlaşdırmaq hüququna maliksiniz, əgər:

  • haqqınızda olan Fərdi Məlumatların doğru olduğuna inanmırsınızsa; və ya

  • Fərdi Məlumatlar qanuni şəkildə emal olunmursa, ancaq Fərdi Məlumatları silmək əvəzinə, işlənməni məhdudlaşdırmağımızı istəyirsinizsə; və ya

  • topladığımız məqsədlər üçün artıq Fərdi Məlumatlarınıza ehtiyacımız yoxdursa, ancaq qanuni tələbləri müəyyənləşdirmək, həyata keçirmək və ya müdafiə etmək üçün məlumatlara ehtiyacınız varsa; və ya

  • Fərdi Məlumatlarınızın işlənməsinə etiraz etmisinizsə və bu etirazla bağlı maraqlarınızın məlumatların işlənməsi üçün qanuni əsaslardan artıq olub-olmamasının yoxlanılmasını gözləyirsinizsə.

Fərdi Məlumatlarınızın işlənməsini məhdudlaşdırmaq istəyirsinizsə, zəhmət olmazsa, bizə bildirin və biz qanunvericiliyin tələblərinə uyğun olaraq sorğunuza cavab vermək üçün ağlabatan addımlar atacağıq.

Etiraz hüququ

Siz Fərdi Məlumatların emalına etiraz etmək hüququna maliksiniz, bunun üçün siz istənilən vaxt bizimlə əlaqə saxlaya bilərsiniz.

Nəzarət orqanına şikayət vermək hüququ

Fərdi məlumatları necə işlətdiyimiz barədə birbaşa nəzarət orqanına (https://ico.org.uk) şikayət etmək hüququnuz var.

Fərdi Məlumatlarınızı necə qoruyuruq

Fərdi Məlumatlarınızın qorumasının əhəmiyyətini başa düşürük. Fərdi Məlumatlarınızı sui-istifadədən, müdaxilədən, itkidən, icazəsiz girişdən, dəyişiklikdən və ya açıqlanmaqdan qorumaq üçün adımızdan və təlimatımız altında Fərdi Məlumatları işləyən hər hansı bir xidmət təminatçısından və / və ya üçüncü tərəf prosessordan eyni tələb edirik. Fərdi Məlumatlarınızın qorumasının əhəmiyyətini başa düşürük. Fərdi Məlumatlarınızı qorumağa kömək etmək üçün bir sıra təhlükəsizlik tədbirləri həyata keçirdik. Məsələn, biz giriş nəzarətini həyata keçiririk, təhlükəsizlik divarı və təhlükəsiz serverlərdən istifadə edirik, həmçinin Fərdi Məlumatları da şifrələyirik.

Bununla belə, məlumatların heç birinin elektron ötürülməsi və ya saxlanması 100% təhlükəsiz deyil. Buna görə də, Fərdi Məlumatlarınızı qorumaq üçün qəbul etdiyimiz təhlükəsizlik tədbirlərinə baxmayaraq, biz zərərin, məlumatların yanlış istifadəsi və ya dəyişdirilməsinin baş verməyəcəyinə zəmanət verə bilmərik.

Azyaşlılar

Vebsaytlarımız yetkinlik yaşına çatmayanlardan (yəni 18 yaşınadək uşaqlar) Fərdi Məlumatların toplanmasına yönəlməyib. Azyaşlı uşaqları qorumaq üçün müəyyən proqramlarda iştirak etməyə hazır olan vebsaytımızın hər bir ziyarətçisi proqrama qeydiyyatdan keçmək üçün doğum ilini bildirməli olacaq. Azyaşlıların proqram üçün qeydiyyatdan keçmələrinə icazə verilməyəcək. Əgər bizə məlumat verilərsə və ya başqa cür öyrənsələr ki, azyaşlı şəxs Fərdi Məlumatları bizə vebsaytlarımız vasitəsilə təqdim edib, biz həmin azyaşlının Fərdi Məlumatlarını siləcəyik.

Fərdi Məlumatlarınızın paylaşılması

Biz sizin Fərdi Məlumatlarınızı filiallarla və digər təşkilatlarla bölüşdükdə əmin oluruq ki, biz bunu yalnız sizin Fərdi Məlumatlarınızı qoruyan təşkilatlarla edirik və tətbiq olunan məxfilik qanunlarına bizim etdiyimiz kimi və ya buna bənzər şəkildə riayət edirik.

Fərdi Məlumatlarınız bu Məxfilik Bəyannaməsində təsvir edilənlərdən başqa heç nə paylaşılmayacaq, satılmayacaq, kirayə tutulmayacaq və ya açıqlanmayacaq.

Fərdi Məlumatlarınız təsvir olunan məqsədlər üçün aşağıdakı üçüncü tərəflərlə paylaşılacaq:

Bizim tərəfimizdən xidmət göstərən üçüncü şəxslər

Bizim tərəfimizdən funksiyaları yerinə yetirmək üçün üçüncü tərəf prosessorlarını və ya təchizatçıları işə qəbul edə bilərik; nümunə olaraq hostinq və ya əməliyyat vebsaytlarının hazırlanması, vebsaytlarımız vasitəsilə satın alınan məhsul və xidmətlər üçün sifarişlərin yerinə yetirilməsi, elektron poçt və ya digər rabitə vasitələri ilə göndərilməsi, simsiz xidmətlərin göstərilməsi, təkrar məlumatların müştəri siyahılarından çıxarılması, məlumatların analizi, marketinq yardımı, kredit kartlarının ödənişlərinin işlənməsi və müştəri xidməti göstərmək olar. Bu üçüncü şəxslər bizim adımızdan bu cür funksiyaları yerinə yetirmək məqsədi ilə sizin Fərdi Məlumatlarınıza müraciət edə bilərlər.

“Alpro” həmçinin, üçüncü tərəflərin, vebsayt ziyarətçilərinin və ya ictimaiyyətin hüquqlarını, mülkiyyətini, təhlükəsizliyini qorumaq üçün fövqəladə vəziyyətə cavab verən və ya başqa şəkildə fərdi məlumatlarınızı açıqlaya bilər.

Fərdi olmayan Məlumatlar

Biz istifadəçilərin ümumi statistikasını, demoqrafik məlumatını və vebsaytın istifadəsi haqqında məlumatı, filial və əlaqədar qrup şirkətləri də daxil olmaqla üçüncü şəxslərə qeyri-fərdi məlumatları ötürə bilərik.

Müsabiqələr və Aksiyalar

Qeydiyyat tələb edə biləcək vebsaytlar vasitəsilə biz müsabiqələr və digər aksiyalar təklif edə bilərik. Əgər siz müsabiqədə və ya digər aksiyada iştirak etməyə qərar verirsinizsə, sizin Fərdi Məlumatınız belə aksiyanın inzibatçılığı ilə əlaqədar üçüncü şəxslərə, məhdudiyyət olmadan qalibin seçilməsi, mükafatın icrası ilə əlaqədar və qanunun tələblərinə uyğun olaraq, qaliblərin siyahısında açıla bilər.

Biznes Transferlər

“Alpro” vebsaytlar vasitəsilə toplanmış Fərdi Məlumatları vebsaytlarla və onların arasında, həmçinin öz törəmə və asılı şirkətləri ilə Fərdi Məlumatları paylaşa bilər. Bu müəssisələrin siyahısı istəyə əsasən mövcuddur. Vebsaytlar daxil olmaqla, “Alpro” və ya hər hansı birinin əmlakı satıla bilər və ya Fərdi Məlumatlarınızın əməliyyat üçün əsas iş mülkündən biri olduğu digər əməliyyatlar baş verə bilər. Beləliklə, “Alpro” “Alpro” şirkətinin nəzarəti və ya mülkiyyətinin tamamilə və ya qismən dəyişməsinə gətirib çıxaran birləşmə, satınalma, aktivlərin satışı, birgə müəssisə və ya hər hansı digər əməliyyat ilə bağlı Fərdi Məlumatlar, daxil olmaqla istifadəçilər haqqında məlumatları açıqlamaq və ötürmək hüququna malik olur; və ya korporativ yenidən təşkil, iflas, müflisləşmə və ya oxşar hallarda, icazə verildikdə və müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Hüquq Mühafizələri və Hüquq-Mühafizə Orqanları

Fərdi Məlumatlarınız da daxil olmaqla istifadəçilərimiz haqqında məlumatlar, məhkəmə çağırışlarına, məhkəmə qərarlarına, məhkəmə prosesinə və ya digər qüvvədə olan hüquq-mühafizə tədbirlərinə cavab verməliyiksə, qanuni öhdəliyə əməl etmək, istintaq aparan dövlət orqanlarının tələbi ilə; veb saytları və qüvvədə olan qanunları tənzimləyən siyasətlərə uyğunluğu yoxlamaq və ya tətbiq etmək; ya da veb saytlarımızın, istifadəçilərimizin və ya başqalarının qanuni hüquqlarını, maraqlarını və ya təhlükəsizliyini qorumaq üçün açıqlaya bilərik.

Biz də istifadəçiləri müəyyən etmək üçün cihaz audentifikatorlarından istifadə edə bilərik və müəllif hüquqları sahibləri, internet təminatçıları və ya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək bunu edə bilərik. Bu cür açıqlama əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilə bilər.

Beynəlxalq səviyyədə məlumatların paylaşılması

Fərdi Məlumatlar normal olaraq Avropa İqtisadi Bölgəsi (AİA) daxilində işlənəcək. “AİA”-nın xaricində məlumatların müstəsna emalı zamanı “Alpro” bu transsərhəd məlumatların düzgün zəmanət ilə qorunmasının təmin edilməsinə diqqət yetirəcək.

Transsərhəd məlumatların işlənməsini qorumaq üçün istifadə etdiyimiz təminatlara daxildir:

  • Avropa Komissiyası tərəfindən təsdiqlənmiş nümunəvi müqavilə müddəaları. Bu standartlaşdırılmış müqavilə müddəaları Avropa ümumi məlumatların mühafizəsi qaydalarının adekvatlığı və təhlükəsizliyi tələblərini təmin etmək üçün kifayət qədər təmin edir; və ya

  • AİA-nın hüdudlarından kənarda üçüncü şəxslərin məlumatların qorunması üzrə Avropa ümumi qaydalarına uyğun olaraq Fərdi Məlumatları emal etdiyini göstərən sertifikatlar. Bu sertifikatlar ya Avropa Komissiyası, Səlahiyyətli nəzarət orqanı və ya məlumatların mühafizəsinin ümumi reqlamenti baxımından Akkreditasiya üzrə səlahiyyətli milli orqan tərəfindən təsdiq edilir.

Digər vebsaytlara keçid linki

Vebsaytlarımız, ziyarətçilərimizi xidmət olaraq üçüncü tərəf saytlarına keçidlə təmin edə bilər. Buraya reklamverənlərin, sponsorların və tərəfdaşların əlaqələri daxil ola bilər. Bu Məxfilik Bəyannaməsi bu vebsaytlara şamil edilmir. Bu vebsaytlar müstəqil işləyir və bizim nəzarətimiz altında deyil. Bu vebsaytların öz məxfilik bildirişləri ola bilər, onları ziyarət etsəniz nəzərdən keçirməyinizi tövsiyə edirik. Məxfilik Bildirişi və ziyarət etdiyiniz hər bir vebsaytda yerləşdirilən İstifadə şərtləri ilə tanış olun. Biz bu vebsaytların məzmununa, bu vebsaytlar vasitəsilə təklif oluna biləcək hər hansı məhsul və ya xidmətlərə, eləcə də bu vebsaytlara aid olan məlumatların və Məxfilik Siyasətinin hər hansı bir işlənməsinə görə məsuliyyət daşımırıq.

Avtomatlaşdırılmış qərar qəbulu və profilaktikası

Bəzi xidmət və məhsullar üçün özümüz və üçüncü tərəf xidmət təminatçılarımız avtomatlaşdırılmış vasitələrlə Fərdi Məlumatlarınızı emal edə bilərik. Bu cür məlumatlar sizin internet brauzerinizin tipini, əməliyyat sistemini, xidmət təminatçısını, vebsaytlarımızı, onlara baxdığınız vaxtı və haqqınızda demoqrafik məlumatları (məsələn, yaşınız, cinsiniz, diliniz, yeriniz və maraq dairələrin, əgər varsa) və mövcud saytı gözdən keçirməzdən əvvəl hansı vebsaytları əhatə edə bilər.

Biz istifadəçilərimizin vebsaytlarımızla necə qarşılıqlı əlaqə qurduğunu və daha sonra vebsaytlarımızı necə uyğunlaşdırmaq və təkmilləşdirmək üçün bu məlumatlardan istifadə edirik. Bu cür məlumatlar, bir qayda olaraq, sizinlə fərdi şəkildə bağlı ola bilməz, lakin əgər biz onu sizinlə əlaqələndirə bilsək, biz onu sizin Fərdi Məlumatlarınız kimi bu Məxfilik Bəyannaməsinə uyğun olaraq nəzərdən keçiririk.

Biz, həmçinin sizin üçün maraqlanacağınız məhsullarımız üçün vebsaytımızda və hədəflənmiş marketinq fəaliyyətlərində davranışınızı proqnozlaşdırılmasında profilaktik məqsədlər üçün Fərdi Məlumatlarınızı da emal edə bilərik.

Bu proseslərə əvvəlcədən etiraz edə bilərsiniz. Bu cür emal barədə əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Çərəzlər və digər texnologiyalar

Biz həmçinin sizin haqqınızda Fərdi Məlumatları çərəzlər və digər texnologiyalar vasitəsilə toplaya bilərik. Çərəzlər vebserverlərin cihazınızda yerləşdirdiyi fayllardır. Vebsaytdakı çərəzlərdən istifadə edərək ziyarətlərdən daha çox istifadə etməyə və vebsaytdakı davranışınızı daha dəqiq ölçməyə imkan verir.

Bu, bizim saytlara və ya üçüncü tərəf saytlarına baş çəkdiyiniz, onlayn aksiyalarımızı gözdən keçirdiyiniz və ya bizim/üçüncü tərəf mobil tətbiqlərimizdən istifadə etdiyiniz zaman baş verə bilər və aşağıdakı məlumatları daxil edə bilərsiniz:

  • Cihaz brauzeriniz və əməliyyat sisteminiz haqqında məlumat;

  • İstifadə etdiyiniz cihazın IP ünvanı;

  • Baxdığınız vebsaytlarımz;

  • Xidmətlərimizlə interaktiv olarkən kliklədyiniz linklər.

Bu barədə daha ətraflı məlumat üçün, zəhmət olmazsa, bizim Çərəz Bəyannaməsinə baxın.

Bizimlə necə əlaqə saxlamaq olar

Bu Məxfilik Bəyannaməsi və ya Fərdi Məlumatların emalı ilə bağlı suallarınız, şərhləriniz və ya şikayətləriniz varsa, zəhmət olmazsa, əlaqə səhifəsi vasitəsilə bizimlə əlaqə saxlayın.