Homepage

Gəlin badam barədə danışaqBadam

GOOD FOOD STARTS WITH GOOD INGREDIENTS

Badamlarımızın hamısı günəşli Aralıq dənizi sahillərində yetişdirilir, əsasən yağış suları ilə qidalanır. Yağış suları kifayət etmədikdə, fermerlərimiz hər bir damcının nəzərə alındığı damcı suvarma metodundan istifadə edirlər. Gün işığı altında yetişdirdikdən sonra biz onları yığırıq və onları badam tərkibli ləzzətli qidalarımıza, dondurmalarımıza, desertlərimizə və içkilərimizə çevirməzdən əvvəl fındıq dadını daha yaxşı hiss etməyiniz üçün bəlkə də onları yüngülcə qovura bilərik.

Bilməli olduğunuz əsas məqam odur ki,
badamlarımız
olduqca xüsusidir

  • Ənənəvi şəkildə yetişdirilib

    Badamlarımız İspaniya və İtaliyada kiçik fermalarda yetişdirilir, əsasən vəhşi arılar və digər uçan həşəratlar tərəfindən tozlanır. Təbiətə öz işini görməyə şərait yaradırıq.

  • Xalis itkisi sıfır olan biomüxtəliflik

    Biz canlı təbiəti yenidən öz torpaqlarına cəlb etmək üçün badam yetişdirən fermerlərimizlə səylə işləyərək onların bağlarındakı bitkilərdən, gölməçələrdən və çəpərlərdən istifadə edirik.

  • Xoş çərəz dadı

    Yüngül qovrulmuş və ya çiy, təmizlənmiş və təbii şəkildə. Badamlarımız hər bir halda dadlıdır, içkilərimiz isə şirniyyat və tortlarınız üçün sadəcə mükəmməldir.

Digər Badam məhsullarını araşdırın

Badam məhsullarımızla bağlı sualınız var?

Badamın suya tələbatının çox olduğunu bilirik . Buna görə də İspaniya və İtaliyada onların əsasən yağış suyu ilə suvarıldığını öyrəndikdən sonra onları ancaq həmin ölkələrdən gətirməyə qərar verdik.

Biz həmçinin ağacların arasındakı bitkilər, gölməçələr və canlı çəpərlərlə əraziyə vəhşi həyatı yenidən cəlb edərək biomüxtəlifliyi qorumaq üçün bir neçə fermerlə işləyirik. Hansı heyvanların gələcəyini görmək üçün səbirsizlənirik!

Gəlin, arıları da unutmayaq. Axı onlar qida bitkilərinin tozlanmasında ən böyük rolu oynamaqla dünya əhalisinin qidalanmasına kömək edir. Tozlandırıcı yönümlü məhsullar və istehsal sistemlərini tanımaq və təşviq etmək, eləcə də 2025-ci ilə qədər bütün badamlarımıza tətbiq etmək üçün təchizatçılarımız və xarici ekspertlərlə əməkdaşlıq edirik.

Hər 100 ml Alpro Badam İçkisində 0,4 qram zülal var. Əgər tərkibində daha çox protein olan bitki mənşəli içki axtarırsınızsa, onda Alpro Soya içkisini sınamağınızı məsləhət görərdik.

Təbii olaraq qlutensiz və buğdasız olan badam içkisi Seliakiya xəstəliyindən və ya buğdaya qarşı həssaslıqdan əziyyət çəkənlər üçün əla seçimdir. Teksturası qaymaq kimi, dadlı, eləcə də kalsium və D, B2, B12 vitaminlərinin mənbəyi olan badam içkisi sağlam, balanslı pəhrizə tam uyğun gəlir. Onu isti və ya soyuq içkilərinizdə, yaxud da şirniyyat və ya yeməklərinizdə asanlıqla istifadə edə bilərsiniz!

Əvvəlcə gəlin soruşaq, badam içkisi sizin üçün faydalıdır**? Tamamilə! Badam içkimiz Aralıq dənizi sahillərindən dayanıqlı şəkildə əldə edilmiş və diqqətlə qovrulmuş badamlardan hazırlanır (bəli, onlar içkiyə çevrilməzdən əvvəl də dadlı olurlar).

Digər bitki mənşəli içkilərə bənzər şəkildə, badam içkisinin də hər 100 ml-də 120 mq kalsium var - bu isə marketlərdə olan istənilən yarımyağlı süd ilə eynidir. Üstəlik o həmçinin D, B12 və B2 vitaminləri mənbəyidir, tərkibində yağ və şəkər miqdarı aşağıdır, yəni sağlam, balanslı pəhrizə uyğun gəlir. Əlavə olaraq o, hərtərəfli və ləzzətlidir, hər cür sevimli içki və reseptlərinizin çoxunda böyük rol oynaya bilər. Halal olsun badama!

Bitki mənşəli pəhriz saxlayırsınızsa, yəqin ki, Badam İçkilərinin veqanlar üçün uyğun olub-olmaması barədə düşünmüsünüz. Onlar tam uyğundur, həmçinin çox ləzzətlidir. Onu sevimli veqan qəlyanaltılarınızın yanında içə bilərsiniz. Bu, əladır!

Digər kolleksiyaları araşdırın