Gəlin soya haqqında danışaqSoya
GOOD FOOD STARTS WITH GOOD INGREDIENTS
Çox kiçik paxlalı bitki olan soya əsas inqrediyentlərimizdən biridir. Artıq 2000 ildən çoxdur ki, soya Asiyada gündəlik pəhrizin böyük bir hissəsidir. Təəccüblü deyil ki, bitki mənşəli faydaları saymaqla bitmir.
Bilməli olduğunuz əsas məqam odur ki,soya paxlalarımızolduqca xüsusidir
Bitki zülalının gücü*
Soya sağlam balanslı pəhrizinizə tam uyğun gəlir. Yüksək keyfiyyətli proteinlə və orqanizminizin ehtiyac duyduğu bütün əsas amin turşuları ilə zəngindir və tərkibində doymuş yağlar azdır.
Dayanıqlıq. Soya ilə bu çox asandır!
Soya məhsulumuzun əksəriyyəti Avropadan, qalan hissəsi isə qayıqla Kanadadan gətirilir. Soya heç vaxt rütubətli meşələrdən yığılmır. Bundan əlavə, hamısı 100% Pro Terra ilə təsdiqlənmiş ekoloji baxımdan təmiz məhsullardır. Soyadan həzz alın!
Soya torpaq üçün yaxşıdır!
Soya ehtiyac duyduğu bütün azotu havadan toplayır, sonra növbəti məhsul üçün onu torpaqda qoyub gedir. Bu o deməkdir ki, gübrəyə çox da ehtiyac olmur. Faydalıdır, elə deyilmi?
Soya məhsullarımızla bağlı sualınız var?
Gəlin, soyamızdan danışaq. Soya dənələrimizi işlərini planetimiz və insanların qayğısına qalacaq şəkildə görən - bu sizə də aiddir - fermerlərdən əldə edirik.
Soyamızı bu qədər sevməyimizin bir neçə səbəbi var:
Soyamızın heç bir dənəsi Amazon və ya digər rütubətli meşələrdə yetişdirilməyib.
Soyamız GMO deyil
Orqanik soyamızın 100%-i, ənənəvi soyamızın isə çox hissəsi Avropada (əsasən Fransada) yetişdirilib.
Qalanını isə Kanadadan gətiririk. Karbon ayaq izimizi azaltmaq üçün onları Atlantik okeanının bu tərəfinə gəmi ilə daşıyırıq. Təyyarə olmadan + daha az yol qət edilir = daha az CO2!
Biz həmçinin soya paxlalarını əkin dövriyyəsində saxlamaqla azotun torpaqda qalması yolu ilə gübrəyə ehtiyacın azaldılması kimi əlverişli fermerlik davranışlarını təşviq etmək üçün fermerlərlə işləyirik. Üstəlik, bütün dənələrimizin keçdiyi prosesi toxumdan süfrəyə qədər izləmək mümkündür. Sistemimiz Food Chain ID adlanan müstəqil təşkilatın ProTerra standartına əsasən audit prosesindən keçib və sertifikatlaşdırılıb, bütün dənələrin haradan gəldiyini bilirik. Yəni könül rahatlığı ilə soyadan zövq ala bilərsiniz!
Bəli! Tərkibində müxtəlif inqrediyentlər olan bitki mənşəli məhsulların geniş çeşidini təqdim edirik və həmişə yeni bitki mənşəli inqrediyentləri sınamağa həvəsliyik. Badam, fındıq, kokos, düyü və yulaf içkilərimiz soya allergiyası olanlar üçün tam təhlükəsizdir. Cari məhsul çeşidlərimizi görmək üçün məhsul səhifəmizə nəzər salın. Hər zaman ən yeni və ətraflı məlumat üçün qablaşdırmalarımızdakı inqrediyentlər siyahısını yoxlayın. Alpro öz qablaşdırmalarında bütün mümkün allergenləri qeyd edir.
Alpro kalsiumla zənginləşdirilmiş soya məhsulları qidalılıq cəhətdən süd məhsullarına bərabərdir, çünki özündə yüksək keyfiyyətli zülal ehtiva edir. Alpro məhsullarında laktoza və süd məhsullarının olmamasına zəmanət veririk, bununla yanaşı onların çoxunda kalsium və vitaminlərin miqdarı süd məhsullarına yaxın olduğu üçün rahatlıqla çay, kofe, taxıl məhsulları və sevimli reseptlərinizdə istifadə edə bilərsiniz. Asan, ilhamlandırıcı və ləzzətli qəlyanaltılar üçün reseptlər səhifəmizə nəzər salın.
Xeyr. Biz soya dənələrimizi əsasən Fransa olmaqla illərlə soyanın yetişdirildiyi və onun əkin dövriyyəsinə daxil edildiyi ölkələrdəki fermalardan alırıq. Bu fermaların heç biri yenidən cəlb edilmiş və ya meşəsizləşdirilmiş torpaqlarda yerləşmir. Əvvəllər soyamızı Braziliyadan əldə etdiyimiz vaxtlarda belə onları rütubətli meşələrdən və ya meşəsizləşdirilmiş ərazilərdən əldə etməmişik, eləcə də soya paxlalarının ətraf-mühit və insanlara hörmətlə yetişdirilməsi, xammalın və kənd təsərrüfatı məhsullarının məsuliyyətlə istifadəsini təmin edən Bazel kriteriyamızdakı ciddi davranış qaydalarına əməl etmişik. Biz ancaq birbaşa əlaqəmiz olan fermerlərdən alırıq, bunu isə heç vaxt açıq bazarda etmirik ki, soya paxlasını məhsul yığımından hazır son məhsula qədər tam izləmək üçün bir sistem mövcud olsun.
Bəli, Alpro soya məhsullarındakı soyada bütün əsas amin turşuları – zülalı əmələ gətirən hissələr – heyvan zülalı ilə müqayisədə lazımi miqdarda mövcuddur. Bu amin turşularını insan bədəni özü hazırlaya bilmir, sağlam qidalanma çərçivəsində zülal qəbul etməklə əldə edilməlidir. Bütün soya məhsullarımız (içkilər, dessertlər və bitki mənşəli yoqurt alternativləri) gündəlik məsləhət görülən miqdarda zülal qəbul etmək üçün mükəmməl zülal mənbələridir. Soya dənələri təbii olaraq yüksək miqdarda protein ehtiva edir.