Homepage

Gəlin yulaf haqqında danışaqYulaf

GOOD FOOD STARTS WITH GOOD INGREDIENTS

Diqqət yetirin, sizə təbii yulaflar təqdim olunur! Alpro olaraq biz həmişə yulafın yumşaq, azca şirin dadını yüksək qiymətləndirmişik. Məhz bu dadı sayəsində o bizim çoxlu ləzzətli yulaf tərkibli qida və içkilərimizə yol tapır. Bizə gəlib çatmaq üçün uzun yol qət etmələrinə belə ehtiyac yoxdur. Bütün yulaflarımız bizə yaxın yerlərdə, Avropada yetişdirilir. Məhsulların istehsal yerindən istehlak yerinə daşınması məsafəsi nə qədər az olarsa, bu, ekologiyaya o qədər xeyirdir.

Bilməli olduğunuz əsas məqam odur ki,
yulaflarımız
olduqca xüsusidir

  • Sadəcə yulaf kimi!

    Yüngül və yumşaq yulaf nəinki dadlıdır, həm də faydalıdır. Bu kiçik taxılların tərkibində təbii liflər var, B vitamini və minerallarla zəngindir.

  • Oat - Key Feature 2

    Easy going, easy growing oats have a naturally light carbon footprint. They need a lot less fertiliser than other cereals, and can help fight off pests, improve soil quality and promote biodiversity. Oatstanding!

  • Çox dadlı yulaf

    Yulafın yumşaq, zərif dadı hər şeyə uyğun gəlir. Məhz bu dadı onu çoxsaylı içkilər və yeməklər üçün əsas inqrediyent edir.

Yulaf məhsullarımızla bağlı sualınız var?

Aydın məsələdir ki, yaxşı qida yaxşı inqrediyentlərdən başlayır. İstifadə etdiyimiz inqrediyentləri diqqətlə seçirik və inqrediyentlərimizin yetişdirilməsinin dayanıqlı formada həyata keçirildiyinə əmin olmaq istəyirik.

Yulaf və badamlarımız Avropada yetişdirilir. Eləcə də soyamızın çox hissəsi, əgər Avropada kokos yetişdirə bilsəydik, yetişdirərdik! Ancaq yetişmək üçün onlara tropik yağışlar və günəş lazımdır, belə olan halda biz əsas inqrediyentlərimizi qayıqla daşımaqla təyyarə ilə gedilən məsafəni azaldırıq.

Yulaf içkisi iki sadə əsas inqrediyentdən hazırlanıb: yulaf və su.

Yulaf içkisi 100% Avropadan yığılmış yulafları suya əlavə edib islatdıqdan sonra blenderləyib süzməklə hazırlanır. Nəticədə nə alınır? Axıcı, qaymaq kimi teksturası olan dadlı yulaf içkisi. Tərkibində təbii olaraq süd məhsulları və laktoza yoxdur, həmçinin liflə zəngin və yağı azdır. Yalnız yulaf içkisinə məxsus olan şirin dadı olan bu bitki mənşəli içkini sevməmək olmur. Üstəlik, yulaf içkisi planetimiz üçün faydalıdır** Bu ki əladır!

Yulaf içkisi qidalı yulaflardan hazırlanıb - həmçinin liflə zəngindir. Yulaf içkisi 100% Avropadan yığılmış yulafları suya əlavə edib islatdıqdan sonra blenderləməklə hazırlanır. Son addımda isə yulafın həll olmayan bütün hissəcikləri süzgəcdən keçirilir, nəticədə yulaf içkisi alınır.

Bu, təbii olaraq veqan olan, tərkibində süd məhsulları və laktoza olmayan (yağı az olan) gözəl bir seçimdir. Onu necə sevməyəsən?

Əgər sizə yulaf içkisinin dadına baxmaq nəsib olubsa, onda bilirsiniz ki, o, digər bitki mənşəli içkilərlə müqayisədə daha şirindir. Belə gözəl şirin dadı olduğuna görə, "yulaf içkisində şəkər varmı?" deyə düşünə bilərsiniz.

Əla sualdır! Qısası, yulaf içkisində təbii şəkildə yaranan şəkər var, bu isə istifadə olunan yulafın özündən gəlir. İstehsal olunmuş şirin içkilərdən (yaxud da şirinləşdirilmiş içki alternativlərindən) fərqli olaraq yulaf içkisində əlavə edilmiş şəkər yoxdur. Əgər yulaf içkisini sevirsinizsə, ancaq daha da az şəkər istəyirsinizsə, yeni yaratdığımız 100 ml-də 0 qram şəkər olan Yulaf - Şəkərsiz içkisini sınayın.

Qluten həssaslığınız, Seliakiya xəstəliyiniz varsa, yaxud sadəcə buğda qəbulunu azaltmaq istəyirsinizsə, təəssüf ki, Alpro Yulaf İçkisi sizə uyğun deyil. Çünki bizim bu içkimizdə təbii olaraq qluten var. Bəs başqa içkilərimizi sınamısınız? Badam, Kokos, Soya içkilərimizin hamısı tamamilə qlutensizdir! İsti və ya soyuq içkilərdə, sevimli səhər yeməyinizdə və hətta Beşamel kimi ləzzətli qaymaq kimi souslarda da istifadə edə bilərsiniz. Bu, əladır!

Digər kolleksiyaları araşdırın